"Qarabağ" - APOEL: mətbuat konfransları və son məşqlər

Sportarena.az      11 Avqust 2018, 15:50

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" - APOEL qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

 

Sportarena.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, avqustun 12-də "Azərsun Arena"nın mətbuat zalında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov saat 18:00-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 18:15-də Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

APOEL-in baş məşqçisi isə saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Kipr təmsilçisinin son məşqi isə saat 19:30-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin