"Zirə" millinin üzvləri ilə müqavilə imzaladı - FOTOLAR

19:07 11 Avqust 2019

Ötən mövsüm "Zirə"nin U-16 komandasında çıxış edən Cəlal Hüseynov və Vüsal Əliyev əsas komandaya cəlb olunub.

 

Sportarena.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, 16 yaşlı futbolçularla 3 illik yeni müqavilə bağlanılıb. Bu futbolçulardan Cəlal Hüseynov əsas komandanın Türkiyədəki təlim-məşq toplanışında da iştirak etmişdi. Vüsal Əliyev isə komanda Bakıya döndükdəkn sonra məşqlərə cəlb olunub. 


Cəlal Hüseynov və Vüsal Əliyev 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvüdü. Hüseynov sözügedən yaş qrupu üzrə millinin kapitanıdır.



Xəbər xətti