Kamran Əliyev qol vurdu, komandası darmadağın etdi

16:30 11 Avqust 2019

Rusiya çempionatının I divizionunda VII turun oyunları keçirilib. 

 

Sportarena.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq üzvü Kamran Əliyevin çıxış etdiyi "Ximki” "Krasnodar”ın ikinci komandasını qəbul edib. 

 

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:0. Kamran fasilədən dərhal sonra meydana çıxıb. O, komandasının sonuncu qoluna imza atıb. Bununla da futbolçu cari mövsümdə vurduğu qolların sayını 3-ə çatdırıb.


Digər xəbərlər

Xəbər xətti