Fransa klubu "Qarabağ"ın futbolçusunu istəyir

10:30 16 Avqust 2019

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Fransa çempionatına qayıda bilər. 

 

Sportarena.az xəbər verir ki, ötən mövsüm Liqa 1-də sonuncu pilləni tutaraq ikinci liqaya düşən "Genqam" Mərakeş əsilli yarımmüdafiəçini transfer etmək istəyir.Bu məqsədlə "Genqam”ın prezidenti Bertrand Desplat və menecer Stefan Kornonun Bakıya gəlib. Klub rəsmiləri "Qarabağ”la danışıqları yekunlaşdırıb, transferi tezliklə həll etmək istəyir. 

 

Qeyd edək ki, Zubir "Qarabağ”a Fransanın "Lans” klubundan gəlib. Ötən ilin yayında Ağdam təmsilçisinə qoşulan futbolçu 2020-ci ilin yayınadək Azərbaycan klubuna məxsusdu. (fanat.az)


Digər xəbərlər

Xəbər xətti