“Qarabağ” kimi komandanı keçmək əsl qəhrəmanlıq olar” - AÇIQLAMA

Sportarena.az      22 Avqust 2018, 16:51

İrlandiyanın “Dandalk” klubunun məşqçisi Ruaidri Hiqqins Avropa Liqasının pley-off mərhələsinin “Linfild” (Şimali İrlandiya) – “Qarabağ” matçı haqda fikirlərini bildirib.

 

Sportarena.az “Qafqazinfo”ya xəbər verir ki, Hiqqins, oyunla bağlı bunları deyib:“Azərbaycan həqiqətən, yaxşı tanınan futbol ölkəsi deyil. Ancaq son 5-6 ilə baxsaz, “Qarabağ”ın dörd dəfə Avropa Liqasında, bir dəfə də Çempionlar Liqasının qrup mərhələsində oynadığını görərsiz.Çempionlar Liqasında “Atletiko” ilə iki oyunda da xal qazandılar. “Linfild” də öz üzərinə düşən işin öhdəsindən gələ bilsə, Şimali və Cənubi İrlandiyanın bütövlükdə ən uğurlu nəticəsini qazana bilər. 90 dəqiqə ərzində nəticə əldə etmək başqa şeydir, amma “Qarabağ” kimi komandanı iki oyunun nəticəsinə görə keçmək əsl qəhrəmanlıq olar”.

 

“Qarabağ”ın iki futbolçusu – Xayme Romero və Abdullah Zubir bəlkə də, Avropada qarşımıza çıxan ən güclü oyunçulardır. Yüksək keyfiyyətə sahib futbolçulardır. Bizə həqiqətən çox çətinlik yaradırdılar. Yəqin ki, onların qiymətləri bizim klubun büdcəsi ilə eyni olar.“Linfild”də David Hili möhtəşəm işlər görür. Onlara uğurlar arzu edirəm”.

 

“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Dandalk” klubunu iki oyunun nəticəsinə görə məğlub edib – ilk oyun 1:1, cavab oyunu 3:0.“Linfild” – “Qarabağ” matçı bu gün, saat 22:45-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin