"Neftçi"nin müdafiəçisi İspaniya klubunun hədəfində

21:30 22 Avqust 2019

"Neftçi"nin müdafiəçisi Elvin Sərkərov karyerasını İspaniyada davam etdirə bilər.

 

Sportarena.az milli.az-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə "San-Sebastyan-de-Los-Reyes" klubu maraqlanır. Komandanın baş məşqçisi Manolo Xesus Kano Elvinin oyunlarını izlədiyini və rəhbərliyi altında görmək istədiyini bildirib.

 

"San-Sebastyan-de-Los-Reyes" İspaniyanın Sequnda B Liqasında mübarizə aparır və qarşısına Sequndaya yüksəlmək hədəfi qoyulub. Futbolcunun agenti Əbülfəz Hafizoğlu keçmişdə az da olsa, İspaniyada oynayıb.

 

Sərkərov "Neftçi"nin yetirməsidir. Azərbaycanın U-21 millisinin üzvü ötən mövsüm Latviyanın "Dauqavpils" klubuna icarəyə verilmişdi.


Digər xəbərlər

Xəbər xətti