“Qarabağ” “Qəbələ”ni 3 qolla məğlub etdi

07:00 26 Avqust 2019

Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, günün ilk matçında "Keşlə" "Sabah"ın qonağı olub. Qarşılaşma Tərlan Əhmədovun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.Günün növbəti matçında isə "Qarabağ" "Qəbələ" ilə üz-üzə gəlib. Ağdam təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, tura avqustun 26-ı keçiriləcək “Zirə” – “Neftçi” oyunu ilə yekun vurulacaq.

 

“Sabah” – “Keşlə” - 0:1
Qol: Vüsal İsgəndərli, 45
Qırmızı vərəqə: Sezar Meza Kolli, 74- iki sarı vərəqə ("Keşlə")
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə
“Bank Respublika Arena”

 

“Qarabağ” – “Qəbələ” - 3:0 
Qollar: Riçard Almeyda, 61-pen. Maqaye Qeye, 63, Abdullah Zubir, 79
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Əliyar Ağayev
“Azersun Arena”


Xəbər xətti