"Sabah" təcrübə proqramına başlayır

18:00 29 Avqust 2019

“Sabah” klubunun akademiyası könüllülər üçün məşqçi köməkçisi, fiziki məşqçi, analitik məşqçi və tərcüməçi vəzifələri üzrə təcrübə proqramı ilə bağlı seçimlərə başlayır.

 

Burda iştirak etməklə, dünyanın ən məşhur futbol akademiyalarından olan Zaqreb “Dinamo”sunun metodologiyasına yiyələnə, peşəkar futbol mütəxəssisi olmaq olar.

 

Təcrübə proqramının müddəti 2 ildir. Layihəyə 18-28 yaşlı gənclər müraciət edə bilər. Namizədlərin ingilis dili biliyinin olması vacibdir. Təcrübə proqramı könüllülük əsasında həyata keçiriləcək. Nəqliyyat xərcləri akademiya tərəfindən qarşılanacaq.


Xəbər xətti