UEFA ən yaxşıları açıqladı

11:22 30 Avqust 2019

UEFA Çempionlar Liqasında ötən mövsümün mövqeylər üzrə ən yaxşı futbolçuları açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, turnirin ən yaxşı qapıçısı "Liverpul"un braziliyalı qolkiperi Alisson Beker seçilib.Ən yaxşı müdafiəçi adına "qırmızılar"ın digər üzvü Vircil van Dayk layiq görülüb. O, eyni zamanda ilin ən yaxşı futbolçusu seçilib.Ötən mövsüm "Ayaks"da çıxış etmiş Frenki de Yonq ən yaxşı yarımmüdafiəçi olub.

 

"Barselona"nın ulduz futbolçusu Lionel Messi isə ötən mövsüm ÇL-də ən yaxşı hücumçu seçilib.


Digər xəbərlər

Xəbər xətti