“Neftçi” - “Sumqayıt” oyununda dava - VİDEO

08:40 2 Sentyabr 2019

Futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü turunun “Neftçi” - “Sumqayıt” matçında qalmaqal baş verib.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmaya əlavə olunmuş dəqiqələrdə “Neftçi” feyr-pleyə əməl etmədən rəqib qapısına yol tapıb. Belə ki, 90+3-cü dəqiqədə “Sumqayıt”ın futbolçusu zədələnərək yerdə qaldığından qapıçı Mehdi Cənnətov topu kənara çıxarıb. Amma “Neftçi” oyunu dərhal bərpa edib və topu rəqibə vermədən qol vurub. Məhz Stiven Monrozun 90+4-cü dəqiqədə vurduğu qoldan sonra meydanda ara qarışıb.

 

“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov qeyri-etik jest edən Anton Krivotsyukun üzərinə gedərək onun başına sillə vurub. Krivotsyuk ikinci sarı vərəqə, Vurğun isə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Gərginlik zamanı “Neftçi”nin məşqçisi Etibar Tarverdiyev də qonaqların çalışdırdıcısı Ayxan Abbasovu vurub. Amma oyun qurtaran kimi Ayxan Etibarın üstünə getsə də, Tarverdiyev onu qucaqlayıb öpüb.

 

 


Xəbər xətti