"Keşlə"dən ayrılan futbolçu "Olimpiakos"a getdi

13:25 4 Sentyabr 2019

Ötən mövsümün sonu "Keşlə"dən ayrılan Conatan Ayite karyerasını Kiprdə davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, toqolu forvard "Olimpiakos" (Nikosiya) klubu ilə bir illik müqavilə bağlayıb.34 yaşlı forvarddan öncə "Səbail"dən ayrılan Dilan Duventru və Bilal Həmdi də Nikosiya klubuna üz tutmuşdu.

 

Ayitenin qardaşı Floyd Ayite də transfer dönəmində klubunu dəyişib. 30 yaşlı hücumçu "Fulhem"dən Türkiyənin "Gənclərbirliyi" klubuna transfer olub. Onunla iki illik müqavilə imzalanıb.


Digər xəbərlər

Xəbər xətti