Millimiz Malta ilə bərabərə qaldı

09:40 6 Sentyabr 2019

Maltanın paytaxtı Vallettada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, millimiz Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.Görüş 2:2 hesabı ilə başa çatıb. Yığmamızın qollarını Rüfət Abdullazadə və Turan Vəlizadə vurub.

 

Qeyd edək ki, komandalar arasında növbəti oyun sentyabrın 7-də keçiriləcək.


Xəbər xətti