7 yaşlı fanatının məktubunu tapıb onunla görüşdü - FOTOLAR

10:00 12 Sentyabr 2019

Rusiya yığmasının hücumçusu Artyom Dzyuba Qazaxıstan komandası ilə matçdan sonra Kalininqrad şəhərindən olan 7 yaşlı məktəbliyə köynəyini hədiyyə edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Za Rodinu” şirkətlər qrupunun rəhbəri Sergey Lütareviç Feysbuk hesabında yazıb.Lütareviçin sözlərinə görə, matçdan sonra oğlan anası ilə bərabər Rusiya komandasının qaldığı otelə gəlib, amma onu Dzyubanın nömrəsinə buraxmayıblar. Məktəbli ağlayıb və futbolçu üçün öz əlaqə nömrəsini qeyd etdiyi məktub qoyub. 30 dəqiqədən sonra Dzyuba oğlana zəng edib və onu otelə dəvət edib. Nəticədə 7 yaşlı azarkeş kumiri ilə şəkil çəkdirib və ondan köynəyini hədiyyə olaraq alıb.

 

Qeyd edək ki, Rusiya komandası qazaxıstanlılara 1:0 hesabı ilə qalib gəlib. Matçda yeganə qol 89-cu dəqiqədə müdafiəçi Mario Fernandes tərəfindən vurulub.



Xəbər xətti