“Qarabağ” – “Sevilya” matçının biletləri satışa çıxarıldı

11:19 13 Sentyabr 2019

Azərbaycan çempionu “Qarabağ” sentyabrın 19-da Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk ev oyununu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubu doğma meydanda İspaniya təmsilçisi “Sevilya”nı qəbul edəcək.Artıq bu qarşılaşma üçün biletlər də satışa çıxarılır. “Qarabağ”ın mətbuat xidmətinin yaydığı məlumata görə, azarkeşlər bugündən etibarən bu matçın biletlərini əldə edə biləcəklər. Amma biletlərin satış nöqtələri və qiyməti barədə hələlik məlumat verilmir.

 

Qeyd edək ki, “Qarabağ” - “Sevilya” matçı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti