“Qarabağ” – “Sevilya” matçına nə qədər bilet satılıb?

11:28 14 Sentyabr 2019

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ilk matçında sentyabrın 19-da İspaniya təmsilçisi “Sevilya”nı qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmanın biletləri ötən gün satışa çıxarılıb. Biletlərin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-dir.Klubun feysbuk səhifəsi ilk gündə 10 min biletin satıldığını açıqlayıb.

 

Qeyd edək ki, sentyabrın 19-u Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” matçı saat 20:55-də start götürəcək.


Xəbər xətti