“Qarabağ” - “Neftçi” matçının biletləri sabah satışa çıxarılacaq

16:57 14 Sentyabr 2019

Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Neftçi” matçının biletləri sabahdan etibarən satışa çıxarılacaq. 

 

Sportarena.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Azərbaycan derbisinə biletlərin qiyməti isə 1 AZN olacaq.

 

“Daim meydanda mübarizəni prioritet tutan “Qarabağ”ın Azərbaycan Premyer Liqasının 4-cü turunda “Neftçi”ylə oyununu izləmək istəyən qonaq komandanın azarkeşləri sabah saat 17:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından biletlərini 1 AZN-ə əldə edə bilər. Hazırda stadionun kassalarında “Sevilya”yla matçın bilet satışı davam etdiyi üçün kassaların yalnız birində bu matçın biletləri satışa çıxarılacaq”, - məlumatda qeyd olunub.

 

“Qarabağ” - “Neftçi” oyununa sabah saat 20:00-da start veriləcək.


Xəbər xətti