"Qarabağ" və "Səbail" qələbə qazandı - YENİLƏNİB

22:00 15 Sentyabr 2019

Bu gün Azərbaycan Premyer Liqasında IV tura yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.Günün ilk matçı "Bakcell Arena"da oynanılacaq. "Keşlə" "Səbail"lə münasibətlərinə aydınqlıq gətirəcək. "ASK Arena" təmirə bağlandığından Tərlan Əhmədovun  komandası rəqibini "Neftçi"nin stadionunda qəbul edəcək.Turun mərkəzi görüşü isə Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Qarşısına çempionluq hədəfi qoyan iki komanda - "Qarabağ" və "Neftçi" cari mövsümdə ilk dəfə üz-üzə gələcək.

 

 

18:00 “Keşlə” – “Səbail”  1-2

Qollar: Mirabdulla Abbasov, 19,31 (pen), Lorenso Frutos,54
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bakcell Arena”

 

20:00 “Qarabağ” – “Neftçi”  2-0

Qollar: Mahir Emreli 31,Abdullah Zubir 69,
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tofiq Bəhramov adına Respublika Stadionu


Digər xəbərlər

Xəbər xətti