"Qarabağ" - "Sevilya": Son məşqlər və mətbuat konfranslarının vaxtı açıqlandı

Sportarena.az      18 Sentyabr 2018, 10:57

Avropa Liqasının qrup mərhələsinin ilk turun matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Sevilya" (İspaniya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, sentyabrın 18-i saat 16:00-da Tofiq Bəhramov adına Respublika Stadionunun mətbuat zalında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

"Sevilya"nın baş məşqçisi isə saat 18:30-da Tofiq Bəhramov adına Respublika Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İspaniya təmsilçisinin son məşqi saat 19:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin