Hacı Əliyev uduzdu, hakimlərə hücum çəkdi - FOTOLAR

Sportarena.az      19 Sentyabr 2018, 10:42

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında 3 qat dünya çempionumuz Hacı Əliyev xalça üzərinə çıxıb.

 

Sportarena.az xəbər verir ki, favoritlərdən olan idmançımız hakim haqsızlığı ilə üzləşərək mübarizəni erkən dayandırıb.Əliyev rusiyalı Hacımurad Rəşidovla görüşə pis başlasa da, sonradan üstünlüyü ələ alıb. Ardıcıl fəndlər edən idmançımız önə keçsə də, qarşı tərəf buna etiraz edib. Hakimlər videotəkrara baxdıqdan sonra idmançımızın xallarını siliblər. 

 

Nəticədə Hacı 2:4 hesabı ilə məğlubiyyətə uğrayıb. Lakin mundialın 3 qat qalibi hakimlərlə razılaşmayaraq qırmızı vərəqəni onlara tərəf atıb. Hakimlər də cavabında Hacı Əliyevə qırmızı vərəqə göstərərək onu diskvalifikasiya ediblər.  

 

İdmançımız daha sonra hakimlərin üzərinə hücum çəkmək istəsə də, yerli polis bunun qarşısını alıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin