Tale Heydərov “Ronaldinyo Futbol Akademiyası”nın açılış tarixini açıqladı

Sportarena.az      23 Sentyabr 2018, 12:05

“Uğurlarımızı hamıya göstərmək üçün “Qəbələ” İdman Akademiyasını təsis etdik. Çətinliklərə baxmayaraq yetişən idmançılarımız ən yaxşılarını etdilər. Futbolçularımız milli komandalarımızın heyətinə dəvət alıblar”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ" klubunun sabiq prezidenti Tale Heydərov "Emerging Europe” nəşrindəki yazısında bildirib.

 

Heydərov Azərbaycanda fəaliyyətə başlayacaq “Ronaldinyo Futbol Akademiyası” ilə bağlı fikirlərini də bildirib. O, akademiyanın qarşıdakı ilin əvvəllərində açılacağını bildirib: ““Qəbələ” Futbol Akademiyasının uğurları əfsanəvi Ronaldinyonun Azərbaycanda ilk futbol akademiyasını açmaq üçün bizimlə əməkdaşlıq etməsində həlledici rol oynadı. Ronaldinyo Futbol Akademiyası unikaldır, orada bütün istedadlı gənc futbolçulara yüksək keyfiyyətdə məşq keçiləcək. Akademiyanın 2020-ci ilin əvvəlində açılacağını gözləyirik".
 

Xatırladaq ki, 2017-ci ilin martında məşhur braziliyalı futbolçu Ronaldinyo ilə “Qəbələ” İdman Klubu arasında müqavilə imzalanıb. Sözləşməyə əsasən, ulduz futbolçu “Qəbələ”nin dəstəyi ilə Bakıda Futbol Akademiyası açmalıdır.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin