Daha bir idmançımız Olimpiadaya lisenziya qazandı

13:09 25 Sentyabr 2019

İtaliyanın Bolonya şəhərində güllə atıcılığı üzrə Avropa çempionatı keçirilib.

 

Sportarena.az xəbər verir ki, 20-dən çox ölkənin 47 idmançısının mübarizə apardığı yarışda Azərbaycanı Dünya kubokunun 3-cüsü Ruslan Lunev təmsil edib. İdmançımız kiçik çaplı tapancadan 25 metr məsafəyə atışda 587 xal hesabı ilə 1 ci yerə layiq görülüb. 

 

Qeyd edək, Ruslan 22 sentyabr tarixdə güllə atıcılığının 25 m məsafəyə 5 hədəfə atışında 580 xal toplayaraq 5-ci yerə layiq görülüb və Tokio 2020 Olimpiya oyunlarına lisenziya qazanıb.


Xəbər xətti