“Qarabağ” azarkeşlərinə müraciət etdi

12:04 27 Sentyabr 2019

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin II turunda oktyabrın 3-ü səfərdə Lüksemburqun "F91 Düdelanj" klubunun qonağı olacaq.

 

Sportarena.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, "Qarabağ"ı səfərdə dəstəkləyəcək azarkeşlər bileti oyun günu qonaq sektoru (xəritədə oxla göstərilən) önündə satış məntəqəsindən biletlərini əldə edə bilər.

 

Lüksemburq klubu biletlərin qiymətini 30 avro müəyyənləşdirilib.


Xəbər xətti