“Sabah” ilk qələbəsini qazandı, “Zirə” uduzdu - YENİLƏNİB

08:00 30 Sentyabr 2019

Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, "Sabah" doğma meydanda "Səbail"i qəbul edib. Oyunun ilk hissəsində qapılara qol vurulmayıb. İkinci 45 dəqiqədə 3 cavabsız qol vuran "Sabah" mövsümdə ilk qələbəsini qazanıb. Turun digər matçında isə "Keşlə" "Zirə"ni məğlub edib. - 2:0.

 

“Sabah” – “Səbail” - 3:0

Qollar: Coşqun Diniyev, 78, Cavid İmamverdiyev, 85, Şakir Seyidov, 90+4

 

“Keşlə” – “Zirə” - 2:0
Qol: Ruslan Qurbanov, 53, Lorenso Frutos, 64
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Fərid Hacıyev
“ASCO Arena”


Digər xəbərlər

Xəbər xətti