AFFA-dan “Qəbələ”yə və Rauf Əliyevə ciddi xəbərdarlıq

14:11 1 Oktyabr 2019

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

 

Sportarena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 6-cı turunun bir oyunu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

“Qəbələ” – “Neftçi” matçı başa çatdıqdan sonra “Neftçi”nin futbolçusu Rauf Əliyev azarkeş ilə münaqişəyə girdiyinə görə futbolçuya ciddi xəbardarlıq olunub. “Qəbələ” azarkeşlərinin davranışına görə kluba ciddi xəbardarlıq olunub. 

 

Bu hallar yenidən təkrarlanacağı təqdirdə ciddi sanksiyalar tətbiq olunacaq.


Xəbər xətti