Millimizin heyəti açıqlandı

19:17 1 Oktyabr 2019

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. 

 

Sportarena.az xəbər verir ki, millliyə 20 futbolçu çağırılıb.

 

Xəyal Muradov, Təbriz İsazadə, Əli Mürsəlov, İdris İnqılablı, Veysəl Rzayev (hamısı "Qəbələ"), Ayhan Arazlı, Nihad Quliyev, Tural Bayramov, Musa Qurbanlı (hamısı "Qarabağ"), Nihad Qurbanlı, Turan Vəlizadə, İsmayıl Zülfüqarlı (hamısı "Neftçi"), Murad Məmmədov, Ədilxan Qarəhmədov (hər ikisi "Səbail"), Rüstam Samiqullin ("Sabah"), Rüfət Abdullazadə ("Sumqayıt"), Şahin Mürsəl ("Vedenbrük", Almaniya), Emre Kaplan ("Başakşəhər", Türkiyə), Elnur İbrahimov ("Sportakademi klub", Rusiya), Samir Qurbanov ("Viktoriya", Çexiya).

 

Qeyd edək ki, yığmamız oktyabrın 2-dən 5-dək Bakıda, oktyabrın 6-dan 15-dək isə Çexiyanın Ostrava şəhərində təlim-məşq toplanışı keçirəcək və Avropa çempionatının ilkin seçmə mərhələsində çıxış edəcək.


Digər xəbərlər

Xəbər xətti