Ümit Özat “Sabah” haqda - “Danışığımız olub”

11:48 2 Oktyabr 2019

“Sabah” klubunda baş məşqçi olacağı iddia edilən türkiyəli mütəxəssis Ümit Özat açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, “Radyospor”a danışan Özat “Sabah”la danışıqlar apardığını təsdiqləyib:

 

“Azərbaycanın “Sabah” klubu ilə ciddi danışıqlarımız oldu. Bizim də özümüzə görə gözləntilərimiz var. “Sabah”ın oyunlarını izləmişəm. Ölkə xaricində işlər bir gün ərzində olmur. Türkiyə deyil ki, həmin andaca hər şey həll edilsin. “Sabah”la ötən həftə danışıqlarımız oldu. Düzgün seçim etmək lazımdır. Azərbaycanın düzgün bir ölkə olduğunu düşünürəm”.

 

Türkiyə mətbuatı “Sabah”ın Ümit Özatla danışıqlar apardığını iddia etsə də, “Sabah” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bir müddət əvvəl Komanda.az-a açıqlamasında Ümit Özatla maraqlanmadıqlarını və klubun heç bir əməkdaşının Türkiyəyə yollanmadığını demişdi.

 

Özat məşqçilik karyerası ərzində “Ankaragücü”, “Manisaspor”, “Elazığspor”, “Boluspor”, “Samsunspor”, “Mersin İdmanyurdu”, Gənclərbirliyi” və “Girəsunspor”u çalışdırıb. Onun son iş yeri “Adana Dəmirspor” klubu olub.


Digər xəbərlər

Xəbər xətti