“Düdelanj” üzr istədi - “Təxribatçılarla əlaqəmiz yoxdur”

09:53 4 Oktyabr 2019

“Düdelanj” Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ”la matçda baş verən erməni təxribatına görə üzr istəyib. 

 

Sportarena.az xəbər verir ki, Lüksemburq klubu sosial şəbəkə hesabı vasitəsilə bununla bağlı paylaşım edib.

 

“Azərbaycanlılardan üzr istəyirik. Təxribatla heç bir əlaqəmiz yoxdur. Bu məsələni araşdıracağıq”.

 

Xatırladaq ki, matçın 31-ci dəqiqəsində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla meydançanın üzərinə gətirildikdən sonra stadionda ara qarışıb və görüşdə bir neçə dəqiqə fasilə yaranıb. 



Digər xəbərlər

Xəbər xətti