Ayxan Abbasov: "Bir qol oyunun taleyini həll edə bilərdi"

Sportarena.az      5 Oktyabr 2018, 20:00

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 7-ci turunda evdə "Keşlə" ilə 0:0 hesablı heç-heçə etdikləri oyun barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, 38 yaşlı mütəxəssis oyunu şərh edib:

 

"İlk növbədə müəllimləri peşə bayramı münasibəti ilə klub adından təbrik edirik. Oyuna gəlincə, “Keşlə”nin gücünü bilirdik. “Qarabağ”dan sonra ən az top buraxan və ən çox qol vuran komandadır. Oyunçularımdan razı qaldım. Onların da qol vurmaq şansı var idi, bizim də. Bir qol oyunun taleyini həll edə bilərdi. Yuxarı sıralarla fərq böyük deyil, fasilədən sonra mübarizəni davam etdirəcəyik. Bu 1 xal uşaqları ruhdan salmamalıdır".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin