Türkiyəli yazar “Qarabağ”ın oyunundakı təxribatdan yazdı

Sportarena.az      9 Oktyabr 2018, 10:00

Türkiyəli yazar Cem Zeren "Düdelanj" - "Qarabağ" oyunu zamanı yaranmış dron qalmaqalı ilə bağlı "Aydınlık" qəzetində köşə yazıb.

 

Sportarena.az xəbər verir ki, Zeren 11 mart 1984-cü ildə Türkiyə-Lüksemburq milliləri arasında keçirilən yoldaşlıq görüşü zamanı canlı yayım otağının terrorçular tərəfindən hücuma məruz qalmasını xatırladaraq Lüksemburqun buna görə heç bir cəza almadığını qeyd edib. O, bənzər cəzasızlığın 3 oktyabr “Düdelanj”-“Qarabağ” matçında da olmasından təəssüfləndiyini bildirib:

 

“Ermənistanın Avropa Kubokundakı təmsilçiləri ilə imperialist bir yalanın təbliğatını apararkən Azərbaycanı Ermənistanın işğalı altında olan Qarabağın adını daşıyan komandanın təmsil etməsi çox düzgündür. Matçın 30-cu dəqiqəsində meydana dronla qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirildi. Futbolçular topla həmin bayrağı vurub salmağa çalışdılar. İsveçli hakim Con Beaton dron vasitəsilə ediləcək hər hansı hücumdan ehtiyatlandığı üçün oyunçuları paltardəyişmə otağına apardı. Azərbaycanlı azarkeşlər “Qarabağ Azərbaycanındır, Azərbaycanın olacaq” deyə hayqırırdılar. Yarım saat ərzində ara sakitləşdi. Lüksemburqlu nümayəndələr dron məsələsindən xəbərlərinin olmadığını dedilər. Matç qaldığı yerdən davam etdi. Azərbaycan 4:1 hesabla qazandı. Meydanda yenə qazandıq, masada nə olacağını gözləyək. 35 il sonra Lüksemburq yenə cəzalandırılmasa, sərhədlərimiz daxilindəki yerlərin adlarını daşıyan erməni klubları “Ələşkirt” və “Ararat”ın matçları zamanı dronla Türk bayrağının meydana daxil edilməsinin cəzası da olmaz, yəqin ki? 35 ildə baş verən iki bənzər hadisə göstərdi ki, milçək bir şey deyil, amma ürək bulandırır”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin