“Zirə”nin yeni baş məşqçisi açıqlandı

17:00 9 Oktyabr 2019

“Zirə”nin yeni baş məşqçisi məlum olub.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisini Zaur Həşimov çalışdıracaq. Bu gün klub rəhbərliyi ilə mütəxəssis arasında görüş keçirilib və razılıq əldə olunub. O, bu vəzifədə istefaya göndərilən Samir Abasovu əvəzləyib.

 

Zaur Həşimovla mövsümün sonuna qədər müqavilə imzalanıb. Yeni baş məşqçi artıq sabahdan işinə başlayacaq.

 

Zaur Həşimov daha əvvəl 2016-cı ilin iyunundan 2017-ci ilin dekabrına qədər “Zirə”də əsas komandanın məşqçilər korpusunda yer alıb. O, bundan əvvəl “Qəbələ”də köməkçi məşqçi kimi işləyirdi.


Digər xəbərlər

Xəbər xətti