"Xorvatiya ilə oyunu yaddan çıxarmasaq, Azərbaycanın işi asan olacaq" - Peter Qulaçi

13:00 12 Oktyabr 2019

Macarıstan millisinin qapıçısı Peter Qulaçi AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla keçirəcəkləri oyun öncəsi açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, "Leyptsiq"in qolkiperi Xorvatiyaya 0:3 hesabı ilə uduzduqları oyun barədə bunları deyib:

 

"Xorvatiyalı azarkeşlərin futbolu nə qədər sevdiyini, milli komandalarının oyun tərzini və güclərini bilirik. Təəssüf ki, əsas heyət üzvlərimiz zədə və ya cəzalı olmaları səbəbindən oynaya bilmirlər. Dörd oyunçumuz yox idi, onlardan üçü yarımmüdafiəçidir. Buna görə də ön xətdə zəif çıxış etdik".

 

29 yaşlı qolkiper Azərbaycanla matç barədə bunları deyib: “Mən təkcə səhvlərdən deyil, passivlikdən, döyüşməməkdən, depressiyaya düşməkdən danışıram. Rəqib üstün çıxış etdi. Çoxlu səhvlər etdik. Xorvatiya ilə matçı yaddan çıxarmasaq, Azərbaycan və digər rəqiblərin bizə qarşı oyununu asanlaşdırmış olarıq”.

 

Oktyabrın 13-də keçiriləcək Macarıstan – Azərbaycan görüşü Bakı vaxtı ilə 20:00-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti