"Nəhayət ki, uzun fasilədən sonra millinin heyətində qol vurdum" - Rüfət Dadaşov

13:39 12 Oktyabr 2019

Bəhreynlə keçirilən yoldaşlıq oyununda (3:2) komandamızın ilk qolunun müəllifi olan Rüfət Dadaşov bu barədə təəssüratlarını bölüşüb.



Sportarena.az xəbər verir ki,  3-cü  Bundesliqa təmsilçisi “Proyssen”də çıxış edən hücumçu “Bild” nəşrinə qısaca açıqlamasında yığmada 6 illik qol həstərinə son qoyduğu üçün sevindiyini deyib:
 

"Nəhayət ki, uzun fasilədən sonra Azərbaycan millisinin heyətində qol vurdum. Macarıstanla qarşıdakı matçda da meydana çıxacağıma ümid edirəm".
 

Qeyd edək ki, Bəhreynlə görüşdə millimizin heyətində 5-ci qolunu vuran Dadaşov sonuncu dəfə 2013-cü ildə rəqib qapısına yol tapmışdı.  


Xəbər xətti