Avro-2020: İspaniya final mərhələsində, İtaliyadan darmadağın

09:31 16 Oktyabr 2019

AVRO-2020-nin seçmə mərhələsində VIII tura yekun vurulub. 

 

Sportarena.az xəbər verir ki, son gündə 4 qrupda 9 oyun keçirilib.F qrupunun lideri İspaniya İsveçin qonağı olub. İspaniyalıları Avropa çempionatına vəsiqə qazanmaq üçün heç-heçə də qane edirdi. Sözügedən komanda məhz 1 xal qazanmaqla bu vəzifənin öhdəsindən gəlib.

 

 

AVRO-2020-nin seçmə mərhələsi

VIII tur

D qrupu

İsveçrə - İrlandiya 2:0
Qol: Seferoviç, 16. Daffi, 90+3-öz qapısına.

Cəbəllütariq – Gürcüstan 2:3
Qol: Kaskyaro, 66. Çipolina, 74 – Xaraişvili, 10. Kankava, 21. Kvilitaya, 84.

F qrupu

İsveç – İspaniya 1:1
Qol: Berq, 50 – Rodriqo, 90+2.

Rumıniya – Norveç 1:1
Qol: Mitrita, 62 – Sorlot, 90+2.

Farer adaları – Malta 1:0
Qol: Baldvinsson, 71.

G qrupu

İsrail – Latviya 3:1
Qol: Dabbur, 16; 42. Zahavi, 26 – Kamess, 40.

J qrupu

Finlandiya – Ermənistan 3:0
Qol: Yensen, 31. Pukki, 61; 88.

Lixtenşteyn – İtaliya 0:5
Qol: Bernardeski, 2. Belotti, 70; 90+2. Romanyoli, 77. El Şaaravi, 82.

Yunanıstan – Bosniya və Herseqovina 2:1
Qol: Pavlidis, 30. Kovaçeviç, 88-öz qapısına – Qoyak, 35.


Digər xəbərlər

Xəbər xətti