"Mançester Siti"nin hücumçusu qəzaya düşdü

00:11 17 Oktyabr 2019

"Mançester Siti"nin futbolçusu Serxio Aquero avtomobil qəzası keçirib.

 

Sportarena.az xəbər verir ki, hadisə dünən argentinalı hücumçu İngiltərə klubunun bazasına gedən zaman baş verib. Aquero qəza zamanı xəsarət almasa da, avtomobilinə maddi ziyan deyib.

 

Qəzadan sonra 31 yaşlı futbolçunun müalicəyə ehtiyacı olmadığı, ancaq ona bir neçə gün istirahət verildiyi bildirilib.



Xəbər xətti