“Qarabağ”ın məşqçiləri Kiprdə olublar

12:22 20 Oktyabr 2019

"Qarabağ”ın məşqçiləri Elçin Rəhmanov və Borçe Xristov APOEL-in dünən Cənubi Kipr çempionatında "Doha Katakokia”ya qarşı oyununu canlı izləyiblər.

 

Sportarena.az xəbər verir ki, bu haqda qol.az-a Ağdam klubundan məlumat verilib. Oktyabrın 14-də APOEL-lə "Qarabağ” Avroliqanın qrup mərhələsinin 3-cü turunda Bakıda qarşılaşacaqlar. Bu səbəbdən köməkçi-məşqçilər rəqiblərinin oyununa Nikosiyada baxıblar.

 

Xatırladaq ki, APOEL dünənki matçda 2:0 hesabı ilə qalib gəlib.


Xəbər xətti