Zaur Həşimov: “Hesab işimə mənfi təsir göstərməyəcək”

Sportarena.az      21 Oktyabr 2018, 07:26

Azərbaycan Premyer Liqasında VIII turun “Neftçi” – “Zirə” (3:0) matçından sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Zaur Həşimov jurnalistlərin suallarını cavablandırdı.

 

Sportarena.az xəbər verir ki, 38 yaşlı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bildirdi:

 

- Oyun göz qabağındadı. “Neftçi” bizdən üstün idi və bu da nəticədə özünü göstərdi. İlk iki qolu uğursuz buraxdıq, bu da komandaya təsir etdi. Ümumən, “Neftçi” layiqli qələbə qazandı. Ancaq biz də təslim olmayacağıq. Vəziyyəti düzəltmək üçün çalışacağıq.

 

- Debütünüz böyük hesabla korlandı. Bundan sonra komandanı motivasiya etmək çətin olmayacaq ki?
- Hesab mənim işimə mənfi təsir göstərməyəcək. Əlimi aşağı salmayacam, əksinə, daha artıq işləyəcəyik. Dayanmaq olmaz, davam etmək lazımdı, edəcəyik də.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin