Makqreqor cərimələndi

12:39 2 Noyabr 2019

Keçmiş UFC çempionu, irlandiyalı idmançı Konor Makqreqor yaşlı kişiyə hücum etdiyinə görə 1000 avro məbləğində cərimələnib.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Irish Mirror” yazıb.İnsident 2019-cu ilin aprelində Dublində yerləşən pivəxanaların birində baş verib. Zərərçəkən döyüşçünün markası altında buraxılan viskini içməkdən imtina edib. Buna cavab olaraq, idmançı onu üzündən vurub.

 

Qeyd edilir ki, zərərçəkən Makqreqordan kompensasiya alıb, lakin onun məbləği açıqlanmır. Bundan əlavə, idmançı yaşlı kişidən üzr istəyib.


Xəbər xətti