I Divizion klublarının cəzaları məlum oldu

Sportarena.az      13 Noyabr 2018, 17:01

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, toplantıda I Divizionun X turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

“Zaqatala” – “Keşlə-2” matçında hər iki komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 80 manat cərimə olunublar. Oyunun 63-cü dəqiqəsində “Keşlə”nin futbolçusu Murad Qayalı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

 

“Zirə-2” – MOİK matçında “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 23-cü dəqiqəsində MOİK-in futbolçusu Fərid Nadirov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 57-ci dəqiqəsində MOİK-in futbolçusu Kənan Zülfüqarov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.

 

“Səbail-2” – “Kəpəz” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin