“Qarabağ”ın 5 futbolçusu ən yaxşılar arasında

10:51 30 Noyabr 2019

Avropaliqada qrup mərhələsinin 5-ci turunun görüşlərindən sonra UEFA futbolçuların reytinq siyahısını tərtib edib.

 

Sportarena.az xəbər verir ki, siyahıda ilk yeri “Sportinq”in yarımmüdafiəçisi 7843 xalla Bruno Fernandeş tutur. Portuqaliyalı “Sevilya”nın hücumçusu Munir Əl-Həddadi (7337) və “Reyncers”in forvardı Alfredo Morelosu (7246) qabaqlayır.

 

Turnirdə yeganə təmsilçimiz “Qarabağ”ın “Qarabağ”ın ən yaxşı 3 futbolçusu - Dani Kintana (4323 xal - 40-cı yer), Ailton Silva (2830 - 153) və Miçeldir (2352 - 234).

 

Millimizin formasını geyinənlərə gəlincə, ən yaxşı göstərici Riçard Almeydaya məxsusdur. Millimizin braziliyalısının hesabında 2070 xal var və 293-cü pillədə qərarlaşıb. Reytinqdə yer alan millimizin başqa bir üzvü – “Aleksandriya”da çıxış edən müdafiəçi Pavel Paşayev 1301 xalla 501-cidir. 1075 xala malik “Qarabağ”ın digər yarımmüdafiəçisi Qara Qarayev 568-ci olub.


Digər xəbərlər

Xəbər xətti