AÇ-2020-nin püşkü atılıdı - Türkiyə millisinin iki oyunu Bakıda keçiriləcək

22:28 30 Noyabr 2019

Rumıniyanın paytaxtı Buxarestdə ROMEXPO sərgi və konsert kompleksində AVRO-2020-nin final mərhələsinin püşkatması keçirilib.

 

Sportarena.az xəbər verir ki, püşkatmanın nəticələri belə olub:

 

 

A qrupu (İtaliya, Azərbaycan):

1. Türkiyə

2. İtaliya

3. Uels

4. İsveçrə

 

B qrupu (Rusiya, Danimarka):

1. Danimarka

2. Belçika

3. Finlandiya

4. Rusiya

 

C qrupu (Niderland, Rumıniya):

1. Niderland

2. Ukrayna

3. Avstriya

4. D(Gürcüstan/Belarus-Şimali Makedoniya/Kosovo)

 

D qrupu (İngiltərə, Şotlandiya):

1. İngiltərə

2. Xorvatiya

3. C(Norveç/Serbiya-Şotlandiya/İsrail)

4. Çexiya

 

E qrupu (İspaniya, İrlandiya):

1. İspaniya

2. İsveç

3. Polşa

4. B(Bosniya və Herseqovina/Şimali İrlandiya-Slovakiya/İrlandiya)

 

F qrupu (Almaniya, Macarıstan):

1. A(Bolqarıstan/Macarıstan-İslandiya/Rumıniya)

2. Portuqaliya

3. Fransa

4. Almaniya 

 

Ev sahibi olaraq Bakı və Roma UEFA tərəfindən cüt şəhərlər olaraq müəyyənləşdirildiyi üçün A qrupunda İtaliya milli komandası bütün ev oyunlarını “Olimpiko” stadionunda keçirəcək. Türkiyə milli komandasının İsveçrə və Uels komandaları ilə matçları, eləcə də İsveçrə – Uels görüşü Bakı Olimpiya Stadionunda təşkil ediləcək.

 

Bakıdakı qrup oyunları iyunun 13-də, 17-də və 21-də olacaq. 1/4 final mərhələsinin BOS-dakı qarşılaşması isə iyulun 4-də keçiriləcək.



Digər xəbərlər

Xəbər xətti