Millimiz Monteneqroya uduzdu

17:44 6 Dekabr 2019

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Monteneqronun eyni yaş qrupuna aid komandası ilə növbəti yoldaşlıq oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, Podqoritsa şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində keçirilən görüş rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.Bu komandalar arasında dekabrın 4-də keçirilmiş ilk oyunda yığmamız 1:0 hesabı ilə qalib gəlib.


Xəbər xətti