Messi Ronaldonu geridə qoydu

Sportarena.az      9 Dekabr 2018, 09:04

“Barselona”nın İspaniya La Liqasının 16-cı turu çərçivəsində “Malyorka”ya 5:2 hesabıyla qalib gəldiyi oyun Kataloniya təmsilçisinin ulduz futbolçusu Lionel Messi üçün əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, bu oyunda het-trik edən argentinalı hücumçu La Liqada yeni rekord müəyyənləşdirib.Çempionatda etdiyi het-triklərin sayını 35-ə çatdıran Messi, “Real”ın sabiq futbolçusu Kristiano Ronaldonun rekordunu qırıb. Hazırda “Yuventus”un şərəfini qoruyan Ronaldo, La Liqada 34 het-trikə imza atmışdı.

 

Bundan başqa Messi cari mövsümdə vurduğu qolların sayını 12-yə çatdırmaqla La Liqanın ən məhsuldar futbolçusuna çevrilib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin