“Səbail”i məyus edən 100-cü qol

Sportarena.az      9 Dekabr 2018, 12:30

Azərbaycan Premyer Liqasının XIV turunda “Zirə”yə 1:4 hesabı ilə uduzan “Səbail” öz qapısından 100-cü topu buraxıb.

 

Sportarena.az xəbər verir ki, ölkə çempionatının yüksək dəstəsində 2017/18 mövsümündə debüt edən paytaxt klubu burada keçirdiyi 70-ci qarşılaşmada “100-ə” çatıb. “Dənizçilər”i məyus edən yubiley qolunun müəllifi “Zirə”nin futbolçusu Tellur Mütəllimov olub. “Səbail” bu 100 qoldan 44-nü evdə, 56-nı səfərdə buraxıb. “Səbail” Premyer Liqada 100 və daha çox qol buraxan 37-ci komanda olub.

Qeyd edək ki, “Səbail”in qapısına ilk qolu da “Zirə” vurub. 2017-ci il avqustun 13-də Milan Duriç ev oyununda qonaqları məyus edib. Qəsəbə təmsilçisi ev görüşündə 2:1 hesabı ilə qalib gəlib.  

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin