"Qarabağ" - "Düdelanj": Son məşqlər və mətbuat konfranslarının vaxtı açıqlandı

11:56 10 Dekabr 2019

Avropa Liqasının qrup mərhələsinin VI turun matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Düdelanj" (Lüksemburq) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, dekabrın 11-i saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

"Düdelanj"ın baş məşqçisi isə saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Lüksemburq təmsilçisinin son məşqi saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti