Skarlatake ilkə imza atıb, 40-cı oldu

Sportarena.az      10 Dekabr 2019 , 18:20

Adrian Skarlatake “Zirə”də qol hesabını açıb.

 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, rumıniyalı müdafiəçi qəsəbə təmsilçisinin heyətində ilk dəfə rəqib qapısına yol tapıb.

 

Bu, Azərbaycan Premyer Liqasının XIV turunun “Səbail”lə matçına təsadüf edib. 4:1 hesablı qələbəyə bir topla töhfə verən arxa xətt oyunçusu “Zirə”nin heyətində Premyer Liqada qol sevinci yaşayan 40-cı futbolçu olub. Adrian “Qartallar”ın formasında 27-ci çempionat qarşılaşmasında fərqlənib. 2019-cu ilin son çempionat görüşədək 39 oyunçu bunu bacarmışdı. Skarlatake bu 40 futbolçunun yer aldığı siyahıda 22-ci legioneri və ilk rumıniyalı oyunçusudur.

 

Qeyd edək ki, bu 40 oyunçudan başqa daha 5 rəqib futbolçusu avtoqol müəllifi olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin