Özilin paylaşımına görə “Arsenal” – "Mançester Siti" oyunu Çində yayımlanmadı - FOTO

10:48 16 Dekabr 2019

İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən “Arsenal” – “Mançester Siti” görüşü Çində yayımlanmayıb.

 

Sportarena.az xəbər verir ki, buna səbəb Məsut Özilin paylaşımı olub.Türk əsilli futbolçu “İnstagram” hesabında Şərqi Türküstanda insanların çinlilər tərəfindən zorakılığa məruz qaldığına aid paylaşım edib. O, müsəlman məktəblərinin bağlandığın, “Quran”ın yandırıldığını bildirib:

 

““Quran” yandırılır, məscidlər bağlanır, mədrəsələr yandırılır. Dini alimlər öldürülür, düşərgələrə zorla hücumlar edilir, onların yerinə çinli kişilər ailələlərə yerləşdirilir, qadınlar zorla çinlilərlə evləndirilir. Buna rəğmən müsəlman dünyası susur. Bilmirlər ki, zülmə razılığın qarşılğı zülmdür”.

 

Çox sayda çinli də Özilin bu paylaşımına etiraz edib. 



Digər xəbərlər

Xəbər xətti