Azərbaycan Premyer Liqası: İlk yarıda neçə futbolçu oynayıb?

17:35 16 Dekabr 2019

Futbol üzrə Azərbaycan Premyer Liqasının 20/2020 mövsümünün ilk yarısında meydana çıxan oyunçuların sayı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, klublar mövsümün əvvəlindən indiyədək 173 futbolçunun xidmətindən yararlanıblar.

 

"Sumqayıt" və "Səbail" komandaları hərəyə 24 oyunçu ilə bu göstəricidə ilk pillələrdə qərarlaşıblar. "Gənclik şəhəri" təmsilçisi çempionatın ilk yarısını 18 xalla 4-cü, "Səbail" isə 12 xalla sonuncu - 8-ci yerdə başa vurub.

 

31 xalla lider olan "Qarabağ" və 13 xalla 6-7-ci yerləri bölüşdürən "Sabah" 22 futbolçunun xidmətindən yararlanıb.

 

İkinci pillədəki "Neftçi" (25 xal) və 6-7-ci yerləri bölüşdürən "Qəbələ" (13 xal) 14 tur ərzində eyni sayda - 21 oyunçudan istifadə edə bilib.

 

Premyer Liqada meydana az oyunçu buraxan komandalardan biri də "Zirə"di. 17 xalla çempionatın ilk yarısını 5-ci bitirən qəsəbə klubunda 20 futbolçu meydanda olub.

 

Azərbaycan Premyer Liqasında meydana ən az sayda futbolçu buraxan komanda "Keşlə"di. Tərlan Əhmədovun baş məşqçisi olduğu paytaxt təmsilçisinin 19 futbolçusu meydana çıxıb.

 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasına avqustun 16-da start verilib. Çempionatın ilk yarısı dekabrın 14-də başa çatıb.  (Report.az)


Digər xəbərlər

Xəbər xətti