"Qarabağ"ın qapıçısı daha bir İngiltərə klubunun hədəfində

20:29 16 Dekabr 2019

"Qarabağ"ın qapıçısı Asmir Beqoviçi heyətinə qatmaq istəyən klublar sırasında daha bir İngiltərə təmsilçisi həvalə olunub.

 

Sportarena.az qol.az-a istinadən xəbər verir ki, İngiltərə çempionşipində mübarizə aparan "Stok Siti" 32 yaşlı qolkiperlə maraqlanır. Klubun onu icarəyə götürməyi planlaşdırdığı vurğulanıb.

 

Qeyd edək ki, "Qarabağ"la icarə müddəti dekabrın 31-i başa çatacaq Beqoviçlə İngiltərənin “Derbi”, Hollandiyanın “PSV Eyndhoven” klublarının da maraqlandığı iddia olunur.  O, müqavilə ilə Premyer Liqa təmsilçisi “Bornmut”a məxsusdur.


Digər xəbərlər

Xəbər xətti