Kubokda 4 debüt

Sportarena.az      17 Dekabr 2019 , 12:01

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Səbail”lə ilk görüşü "Zirə"də 4 debütlə əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, 4 futbolçu komandanın heyətində ilk kubok görüşünə çıxıb. Bunlar Elvin Camalov, Alvaro Ampuero, Miloş Bakraç və Nicat Süleymanovdur.

 

Bununla da turnirdə “qartallar”ın şərəfini qoruyan oyunçuların sayı 82-yə çatıb. 0:0 hesabı ilə başa çatan bu görüşədək 78 futbolçu kubok görüşlərində “Zirə”nin formasını geyinmişdi.


1/8 final mərhələsinin “Qaradağ-Lökbatan”la oyununda (4:0) 9 futbolçu “Zirə”də ilk kubok matçına çıxmışdı. Bunlar Tapdıq Əhmədov, Kənan Cəfərov, Cəlal Hüseynov, Robin Nqalande, Rafael Məhərrəmli, Orxan Sadıqlı, Anastasios Papazoğlu, Soni Norde və İbrahim Aslanlı olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin