UEFA klublarımıza ödəniş etdi

19:03 17 Dekabr 2019

Avrokuboklarda 2018/19-cu il mövsümündə iştirak etmiş klubların arasında Financial Fair Play (FFP) qaydalarına əməl edilməməsi səbəbindən tutulan vəsaitin paylanması mexanizminə əsasən, bütün vəsaitin UEFA-nın klub yarışlarında iştirak edən digər klublara yenidən bölüşdürülməsi qərara alınıb.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, məbləğin 80%-i UEFA Çempionlar Liqasının və ya UEFA Avropa Liqasının qrup mərhələsində oynayan klublara, 20%-i isə hesablaşma müqavilələri imzalayan klublar istisna olmaqla, UEFA Çempionlar Liqasının və ya UEFA Avropa Liqasının seçmə mərhələlərini adlaya bilməmiş klublara bərabər hissələrlə paylanır.


Müvafiq klublarımız üçün UEFA tərəfindən ayrılmış 73 min 170 avro vəsait AFFA-nın vasitəsilə klubların hesabına köçürülüb:

 

“Qarabağ” – 54 min 120 avro
 
“Keşlə” – 6350 avro
 
“Qəbələ” – 6350 avro
 
“Neftçi” – 6350 avro

 

Qeyd: “Keşlə” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.


Xəbər xətti